Danimarka Ukraynaya gəmi əleyhinə “Harpun” raketləri verəcək

2020/04/15869-1586931091.jpg
Oxunub: 462     22:25     23 May 2022    
Danimarka hakimiyyəti Ukraynaya “Harpun” gəmi əleyhinə raket və buraxılış qurğuları verəcək.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.

Pentaqon rəhbəri Kiyevə hərbi yardım göstərmək üçün Qərb ölkələri tərəfindən yaradılan təmas qrupunun ikinci onlayn iclasının yekunları üzrə danışarkən bildirib ki, 20-yə yaxın ölkə Ukrayna paytaxtına göndərəcəyi yardım paketini açıqlayıb.

“Mən bu gün Ukraynaya sahillərini müdafiə etmək üçün “Harpun” buraxılış qurğusu və raketlər təqdim edəcəyini elan edən Danimarkaya xüsusilə minnətdaram”, - Ostin bildirib

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danimarka   Ukrayna  


Bizi "telegram"da izləyin