Ərdoğan: “Belə sülh olmur, siz ancaq terror təşkilatları ilə əl-ələ gəzməyi bacarırsınız”

2022/04/sd789-1650808635.jpg
Oxunub: 442     22:23     23 May 2022    
“Bütün bunlara baxmayaraq, bəziləri bizə sülh, dostluq deyirlər. Belə sülh olmur. Siz ancaq terror təşkilatları ilə əl-ələ gəzməyi bacarırsınız. Biz işimizi bilirik, lazımi addımları necə atacağımızı bilirik”.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Cənab Andersson (İsveçin baş naziri Maqdalena Andersson – red) mənə nə dedin, amma Stokholm küçələrində terrorçular qışqırır! Almaniyada da eynidir. Amma vətəndaşlarımızdan biri bunu edəndə bizə əziyyət verirlər”, - dövlət başçısıqeyd edib.

“Təhlükəsiz zonalara hücumlar bizim əməliyyat prioritetimizdir. Ümid edirəm ki, Türkiyə Silahlı Qüvvələri, bizim kəşfiyyatımız hazırlıqlarını tamamlayan kimi bu məsələlər dəyərləndiriləcək. Ölkəmizin təhlükəsizlik həssaslığına hörmət edənlərlə öz maraqlarından başqa heç bir qayğısı olmayanlar arasında fərq qoyacaq və gələcək siyasətimizi buna uyğun formalaşdıracağıq”, - Ərdoğan əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Türkiyə  


Bizi "telegram"da izləyin