Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə ekspert qrupu yaradılacaq

2020/12/22edf-1608880355.jpg
Oxunub: 438     19:17     23 May 2022    
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə ekspert qrupu yaradılacaq.

Ordu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin mayın 23-də imzaladığı “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncamda qeyd olunub.

Belə ki, sərəncamla Nazirlər Kabinetinə Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etmək tapşırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Delimitasiya   Sərhəd  


Bizi "telegram"da izləyin