“Rusiya iqtisadiyyatı sanksiya zərbələrinə layiqincə tab gətirir” - Putin

2022/03/1646987754.jpg
Oxunub: 391     15:52     23 May 2022    
Rusiya iqtisadiyyatı bütün çətinliklərə baxmayaraq, sanksiya zərbələrinə layiqincə tab gətirir.

Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşündə bildirib.

"Bütün çətinliklərə baxmayaraq, qeyd etmək istərdim ki, Rusiya iqtisadiyyatı sanksiyaların təsirinə tab gətirir, kifayət qədər layiqincə tab gətirir. Bütün əsas makroiqtisadi göstəricilər bundan xəbər verir", - Rusiya Prezidenti vurğulayıb.

Putin qeyd edib ki, ölkədəki iqtisadi vəziyyət Rusiya hakimiyyətindən xüsusi səylər tələb edir, ümumilikdə bu səylər müsbət nəticə verir: "Bəli, əlbəttə ki, hər şey asan deyil. Baş verən hər şey hökumətin iqtisadi blokundan xüsusi diqqət və səy tələb edir. Ümumiyyətlə, bunu vurğulamaq istəyirəm ki, bu səylər müsbət nəticə verir", -

Putin bunun o cümlədən, Rusiya Federasiyası ilə Belarus arasında ticarətin səviyyəsinə təsir etdiyinə də diqqət çəkib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Sanksiya  


Bizi "telegram"da izləyin