Türkiyə Liviyaya “Hürkuş” təyyarələri ixrac edəcək

2022/05/HURKU-1653299587.jpg
Oxunub: 487     17:25     23 May 2022    
Türkiyənin TUSAŞ şirkəti Liviyaya “Hürkuş” təyyarələri ixrac edəcək.

Ordu.az xəbər verir ki, bu barədə “SavunmaSanayiST” nəşri yazıb.

Bildirilir ki, Türkiyə ilə Liviya arasında “Hürkuş” ixracatına dair yekun müqavilə imzalanıb.

Məlumata görə, Liviya TUSAŞ tərəfindən istehsal edilən “Hürkuş-B” hərbi təlim təyyarələrini alan ikinci ölkə olacaq. Bundan əvvəl Niger də bu təyyarələri alacağını bildirib.

Nəşr qeyd edib ki, Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığı 6 “Hürkuş” alacaq və TUSAŞ-ın hazırda 14 “Hürkuş-B” təyyarəsi var. Qalan 8 HÜRKUŞ-dan ən azı 6-nın Liviya və Nigerə çatdırılacağı təxmin edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Liviya  


Bizi "telegram"da izləyin