Çin XİN Baydenə cavab verib: Tayvan məsələsi ölkənin daxili işidir

2020/04/15868-1586868426.jpg
Oxunub: 343     13:14     23 May 2022    
Çin Tayvanla bağlı öz milli maraqlarının müdafiəsinə hazırdır.

Ordu.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Van Venbin müntəzəm mətbuat konfransı zamanı ABŞ Prezidenti Co Baydenə cavabında deyib.

O bildirib ki, Tayvan məsələsi Çinin daxili işidir və Pekin hər hansı digər ölkənin öz daxili siyasət məsələlərinə müdaxiləsinə imkan verməyəcək.

“Tayvan məsələsi Çinin sırf daxili işidir. Çinin suverenlik və ərazi bütövlüyü kimi əsas maraqlarına toxunan məsələlərdə güzəştə və ya kompromisə yer yoxdur. Heç kim Çin xalqının milli suverenliyi və ərazi bütövlüyünü müdafiə etməkdə möhkəm əzmini, möhkəm iradəsini və güclü qabiliyyətini az qiymətləndirməməlidir”, - XİN rəsmisi qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden Yaponiya Baş naziri Fumio Kişida ilə Tokioda keçirdiyi birgə mətbuat konfransında deyib ki, ABŞ ehtiyac yaranarsa, Tayvanı hərbi yolla müdafiə etməyə hazırdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   XİN   Tayvan  


Bizi "telegram"da izləyin