Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim Arman Melikyan ABŞ-ın Ermənistandakı səfiri Lin Treysinin “ATƏT-in Minsk qrupunun həmsədri kimi Vaşinqton Qarabağ əhalisinin onun gələcəyinin müəyyən edilməsi məsələsində rolunu tanıyır” açıqlamasını şərh edərkən bildirib.
“Söhbət son müharibədən sonra ermənilərin məskunlaşdığı Qarabağ ərazisindən gedirsə, bu, aydınlaşdırılmalı məsələdir. Xarici aktorların maraqlarını birləşdirmək mümkün olsa, bütün formatlar işləyə bilər. Ermənistanın maraqlarının nə dərəcədə qorunacağı, Ermənistan hakimiyyətinin və geniş mənada siyasi təbəqənin onları nə dərəcədə düzgün formalaşdıra və irəli apara biləcəyi başqa məsələdir. Müxtəlif platformalarda aparılan danışıqların nə qədər səmərəli olacağından asılı olmayaraq, Ermənistanın hazırkı hakimiyyəti ölkənin müdafiə, enerji və ərzaq təhlükəsizliyi məsələlərini ciddi şəkildə həll etməyə borcludur”, - deyə Melikyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az