Ordu.az xəbər verir ki, bu barədə erməni tarix elmləri namizədi, türkşünas Varujan Geğamyan öz “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, Ermənistan nəhayət Azərbaycandan kənarda Qarabağın “statusu” uğrunda mübarizədən imtina edir.
“Danışıqlarda Qarabağın “statusu” haqqında heç bir söz yoxdur, yalnız “Qarabağ regionunda etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi” haqqında danışılır. Üstəlik, hətta “Dağlıq Qarabağ” (Nagorno Karabakh) termini belə tətbiq edilmir. Brüssel bəyanatında sadəcə olaraq Azərbaycanın inzibati-ərazi bölgüsü ideyasına əsaslanan Qarabağ regionundan bəhs edilir ki, bu da ayrıca statusu nəzərdə tutmur. Azərbaycanla sülh müqaviləsi hazırlanır, onun əsas müddəası Qarabağda da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün tanınmasıdır”, - deyə Geğamyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az