“Azərbaycan ordusunu qurmağı, böyütməyi, gücləndirməyi bir an belə dayandırmayıb” – Erməni hərbi ekspert

2021/02/Karen-1612938366.jpg
Oxunub: 2634     15:11     23 May 2022    
“Vəziyyət getdikcə pisləşir, müharibə 10 noyabr 2020-ci ildə bitmədi”.

Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Vrtanesyan deyib.

Onun sözlərinə görə, kadr məsələsi Ermənistan üçün çox ciddi məsələdir.

“Noyabrın 10-da orduda şəxsi heyət var idi, bu gün mənim hərbçilərdən tanıdığım, həm general, həm də zabit səviyyəsində olan kadrlar ya silahlı qüvvələri tərk ediblər, ya da yaxın vaxtlarda tərk edəcəklər. Biabırçı vəziyyətdir. Biz bilirik ki, “müdafiə ordusu” (qanunsuz “hərbi birləşmə” – red.) əslində İrəvanda oturan qondarma hakimiyyət tərəfindən məhv edilib”, - deyə Vrtanesyan qeyd edib.

Erməni hərbi ekspert bildirib ki, Azərbaycan ordusunu qurmağı, böyütməyi, gücləndirməyi bir an belə dayandırmayıb.

“Hər gün islahatlar üzərində işləyirlər, yeni silahlar idxal edirlər. Yəni müharibə zamanı verdiyi itkiləri bərpa etməklə yanaşı, daim yeni nəsə gətirirlər. Onların fikrincə, Türkiyənin, yəni NATO ordusunun standartlarına keçirlər. Növbəti çox ciddi problem onların hərbi büdcəni artırmasıdır. Yəni Azərbaycan üçün müharibə bitməyib”, - deyə Vrtanesyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Vrtanesyan  


Bizi "telegram"da izləyin