Türkiyə kəşfiyyatı PKK terror qruplaşmasının rəhbərlərindən birini məhv edib

2022/05/1653294961.jpg
Oxunub: 327     12:38     23 May 2022    
Türkiyənin Milli İstihbarat (Kəşfiyyat) Təşkilatı İraqın şimalında terrorçulara qarşı növbəti əməliyyat keçirib.

Ordu.az “Hürriyet”ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində PKK/YPG terror qruplaşmasının Mahmud-Kərkük-Süleymaniyyə üzrə qondarma səlahiyyətli nümayəndəsi “Ahmet Rubar” kod adlı Mehmet Erdoğan məhv edilib.

Terror təşkilatı 2021-ci ildən onu adı çəkilən ərazi üzrə “nümayəndə” təyin edibmiş. Mehmet Erdoğan Hacı Mirzə Ali adına hazırlanan saxta sənədlə gəzirmiş.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PKK  


Bizi "telegram"da izləyin