“Hraparak”: ABŞ-ın Ermənistandakı səfirliyinin məruzəsi...

2022/05/1653294855.jpg
Oxunub: 442     17:55     23 May 2022    
“Qiymət verəndə biz ermənilərin nə qədər səbirsiz olduğuna təəccüblənmək olar. “Yazıq və gözəl” Treysi nə edib ki, etiketlər vururlar?”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

“Onun hədsiz dərəcədə obyektiv olduğunun aydın olması üçün ABŞ səfirliyinin saytında yerləşdirilmiş “İnsan hüquqlarının hesabatı Ermənistan” hesabatından hissələrə nəzər salaq: “Mülki hakimiyyət təhlükəsizlik qüvvələri üzərində effektiv nəzarəti təmin edib. Qarşıdurma zamanı İrəvanda və ölkənin başqa yerlərində çoxlu sayda nümayişlər və mitinqlər baş verdi... Məhkəmələr çox vaxt uzun olur, çünki məhkəmələr ədalətli məhkəmə araşdırması qanunlarını həyata keçirə bilmirlər. Şəxsi toxunulmazlıq hüququnun pozulması və qanunsuz axtarışlar ilə bağlı qanunun qeyri-adekvat tətbiqi problemli olaraq qalır”.

Tamamilə obyektiv qiymətləndirmələr. Yaxşı olardı ki, məktəblərdə, universitetlərdə sürətləndirilmiş türk dili kursları təşkil olunsun. Düşünürəm ki, bunu artıq deyiblər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin