Ordu.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı ofisinin müşaviri Şəms Mustafayeva “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.
O bildirib ki, əhalinin ən həssas qruplarının hüquqlarının qorunması, onların ədalətə olan çıxışı çox önəmlidir, BMT-i üçün əsasdır:
"BMT və Azərbaycan tərəfindən 2021-2025-ci illər bağlı saziş mərhələli şəkildə həyata keçirilir. Bizim ölkədə həssas qrupların ədalətə çıxışının təmin olunması istiqamətində işlərimiz davam edir. Bu məqsədlə biz Qeyri-Hökumət Təşkilatları və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə sıx əməkdaşlıq edirik. Yaxın vaxtlarda Agentliklə memorandum imzalanacaq".
BMT rəsmisi qeyd edib ki, həmçinin Azərbaycan hökuməti Dayanıqlı inkişaf Məqsədlərinə böyük önəm verir:
"İndiyə qədər Azərbaycan hökuməti hesabatlar verib. Bu yaxınlarda Azərbaycan hökuməti yeni hesabatını BMT-yə təqdim etməyə hazırlaşır. Bu da onu göstərir ki, Azərbaycan hökumətinin Dayanıqlı İnkişafa inamı çox möhkəmdir. Hökumət məsələni çox ciddi qəbul edir. Düşünürəm ki, 2030-cu ilə qədər Azərbaycan bu məsələlərdə dünyada ən qabaqcıl ölkələrindən olacaq".
Ordu.az