“Dünyanın ən böyük siyasi ailəsi Ermənistanda demokratiyanın tənəzzülünü pisləyib” - Aşotyan

2021/09/16713-1632560890.jpg
Oxunub: 437     17:33     23 May 2022    
“Dünyanın ən böyük siyasi ailəsi Ermənistanda demokratiyanın tənəzzülünü və hakimiyyət tərəfindən törədilən zorakılığı pisləyib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan öz “Facebook” səhifəsində yazıb.

“Beynəlxalq Mərkəz Demokratlar İttifaqının (CDI) Ermənistandakı vəziyyətlə bağlı bəyanatı: “Beynəlxalq Mərkəz Demokratlar Birliyi Ermənistanda demokratiyanın tənəzzülünün davam etməsindən dərin narahatdır. Biz son ciddi insan haqları pozuntularından narahatıq. Biz hakimiyyətin əsassız həbslərinin, dinc nümayişçilərə qarşı zorakılığın qəti əleyhinəyik. Biz hökumət tərəfindən vətəndaşların hüquqlarının pozulmasını, polisin qeyri-proporsional güc tətbiqini pisləyirik. Biz Ermənistan hökumətini əsas azadlıqların tam şəkildə həyata keçirilməsini təmin etməyə, güc tətbiqindən və ya güc tətbiq etmə hədəsindən çəkinməyə çağırırıq. Biz iştirak edən bütün tərəfləri qanuna və Ermənistanın beynəlxalq öhdəliklərinə uyğun olaraq, sülh yolu ilə siyasi prosesi davam etdirməyə çağırırıq. CDI insan hüquqları, ləyaqət və azadlıqların əsas dəyərlərinə sadiqdir. Demokratiya, qanunun aliliyi, ədalət müdafiə olunmalıdır. Brüssel, 20 may 2022-ci il””, - deyə Aşotyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Brüssel   Paşinyan  


Bizi "telegram"da izləyin