“168.am”: Paşinyan hökumətinin növbəti blefi

2021/12/timth-1639392649.jpg
Oxunub: 448     18:45     23 May 2022    
Ölkədə sosial vəziyyətin gərginləşdiyi, narazılıqların günü-gündən artdığı bir vaxtda hakimiyyət cəmiyyəti öz ənənəvi işinə sövq etməyə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Qeyd olunub ki, hökumətin son iclasının sonunda Nikol Paşinyan qəfildən pensiyaçıları vaxtından əvvəl “xoşbəxt etməyi” xatırlamaq qərarına gəlib və sosial əhəmiyyət kəsb edən yeni sistem tətbiq etməyi planlaşdırdıqlarını açıqlayıb.

“Bu sistemin nə olduğu barədə hələ də çox şey aydın deyil. Amma Nikol Paşinyan artıq bunu pensiyaların 10% artırılması kimi təqdim edir. Əslində belə deyil, əks halda sadəcə olaraq pensiyanı artırardılar. Yəni həmin 10%-i pensiyaya qaldırardılar. Amma əlavə etmirlər. Nikol Paşinyan daha da irəli gedərək bildirib ki, pensiyaları 10 faiz qaldırırlar: “Açıq desək, pensiyaların 10 faiz artırılmasından söhbət gedir, amma bu, bir az fərqli mexanizmlə olacaq”. Əslində isə bu, blefdir. Pensiyaların artırılmasından söhbət getmir, hökumətin etmək istədiyinin pensiyaların artırılması ilə heç bir əlaqəsi yoxdur. Pensiyaların 10% artırılması o deməkdir ki, pensiyaçı, məsələn, əvvəlki 40 min dram əvəzinə 44 min dram alacaq. Amma belə deyil. Pensiyaçı aldığı qədər almağa davam edəcək. Xatırladaq ki, Ermənistanda pensiyaların ümumi artımı sonuncu dəfə 2020-ci ildə cəmi 3 min dram həcmində olub. Bundan sonra çoxlu su axıb. Bir çox məhsullar kəskin bahalaşıb. Hökumətin pensiyalarda etdiyi 3000 dram artım qiymət artımının böyük təsirindən ən azı bir neçə dəfə azdır. Bu sistemin tətbiqindən sonra da pensiyaların əhəmiyyətli dərəcədə artması ehtimalı yoxdur”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Blef   Ermənistan  


Bizi "telegram"da izləyin