“Past”: ABŞ Ermənistanın daxili işlərinə qarışır, hakimiyyəti dəstəkləyir

2022/04/image-1650268066.jpg
Oxunub: 474     19:25     23 May 2022    
Ermənistanın daxili siyasi müstəvisində baş verən sürətli proseslər - hakimiyyət dəyişikliyinə nail olmaq üçün müxalifətin başlatdığı lokal mübarizə tez-tez beynəlxalq mərkəzlərin diqqətini cəlb edir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrə görə, bu baxımdan maraqlıdır ki, son zamanlar ABŞ-ın Ermənisandakı səfiri Lin Treysi öz müsahibəsində qeyd etmişdi ki, onlar gələcək qurmaqda erməni xalqına kömək etmək niyyətindədirlər.

“Əslində bu cür ifadəyə malik olan diplomatik çıxışda diqqətçəkən ifşalar var. Sual yarana bilər ki, səfir niyə yalnız 2018-2021-ci ili qeyd edir? Diplomatik çıxışda təsadüfi ifadələr yoxdur. Bəlkə də diplomat açıq şəkildə göstərir ki, 2018-ci ildə etiraz aksiyaları və hakimiyyət dəyişikliyi Qərbin ürəyincə olub, bunların təşkil edilməsini dəstəklədiyini etiraf edib. 2021-ci ilin qeyd olunması isə o demək deyil ki, müharibədən sonra baş verən biabırçılıq onların istəyinə uyğun gəlirdi. Ona görə də öz maraqlarına xidmət edən Paşinyanı qorumaqda davam edirlər. Belə çıxır ki, ABŞ nə çətin vəziyyətdə olan Ermənistanı, nə də ölkəmizin təhlükəsizliyini və iqtisadi dirçəlişini dəstəkləmir, demokratiya adı altında qərəzsiz mövqe nümayiş etdirir, faktiki olaraq Ermənistanın daxili işlərinə qarışır, konkret olaraq Ermənistan hakimiyyətini dəstəkləyir. Məsələn, Rusiyadan müxtəlif səviyyəli bəyanatlarda deyilir ki, baş verənlər Ermənistanın daxili işidir, qarışmırlar. Digər tərəfdən, Ermənistanı məğlub edən, dövlətimizin beynəlxalq aləmdə mövqeyini zəiflədən, nüfuzunu aşağı salmış liderin bundan sonra da xarici qüvvələrin, xüsusən də Qərbin açıq dəstəyini almağa davam etməsi təəccüblüdür”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin