Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistan parlamentinin “Hayastan” fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran Ohanyan yazıb.
Onun sözlərinə görə, bu günlərdə müxtəlif cəbhələrdə hakimiyyətin mənafeyinə xidmət edən bəzi kütlələr, onlara tabe olan yalançı peyklər növbəyə durmadan öz xidmətlərini “ali rəhbərə” göstərməyə çalışır, təhlükəsizlik sistemindəki uğursuzluqların günahını yenə də keçmiş hakimiyyət nümayəndələrinin üzərinə atır.
“Ölkə hökumətinin kreslosundan yapışan Nikolun savadının, səviyyəsinin olmaması mənim günahım deyil. Edmon Marukyana (Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri – red.) məsləhət görərdim ki, onun heç bir təsəvvürü olmayan, heç vaxt ola bilməyəcəyi mövzulara qarışmasın”, - deyə Ohanyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az