"Türk yıldızları" Bakı səmasında uçuş məşqləri keçirir - YENİLƏNİB

2022/05/0d664-1653291687.jpg
Oxunub: 757     12:44     23 May 2022    
26 - 29 mayda Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq çərçivəsində Dənizkənarı bulvar ərazisində təyyarələrin və vertolyotların sınaq uçuşları həyata keçirilir.

Ordu.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, sözügedən uçuşlar festival ərəfəsində və günlərində də davam edəcək.

*****

Azərbaycanda keçiriləcək "Texnofest-2022" festivalı ilə bağlı uçuş məşqləri başlayıb.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib. Bununla bağlı "Türk yıldızları" Bakı səmasında uçuşlar edir.

Qeyd edək ki, Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə 26 – 29 mayda Bakıda ilk dəfə olaraq “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Qırıcı  


Bizi "telegram"da izləyin