Türkiyə xarici işlər nazirinin müavini İrana səfər edəcək

2022/05/92b95-1653227470.jpg
Oxunub: 312     17:34     22 May 2022    
Türkiyə xarici işlər nazirinin müavini Faruk Kaymakcı sabah - mayın 23-də İrana işgüzar səfərə gedəcək.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, F. Kaymakcı, İqtisadi Əməkdaşlıq Təşkilatının gündəliyində olan məsələlər və təşkilatın fəaliyyətinin gücləndirilməsinə dair müzakirələrin aparılması məqsədilə, üzv dövlətlərin XİN başçıları və müavinlərinin Tehrana səfəri çərçivəsində tədbirdə iştirak edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İran  


Bizi "telegram"da izləyin