Çexiya müharibədən sonra Ukraynanın bərpasında iştirak edəcək

2022/03/1646218100.jpg
Oxunub: 344     01:30     22 May 2022    
Ukraynanın müharibədən sonrakı bərpası Çexiyanın prioritetlərindən biri olacaq.

Ordu.az xəbər verir ki, bu barədə Çexiyanın baş naziri Petr Fiala prezident Miloş Zemanın yanında ekspertlər qrupunun iclasından sonra bildirib.

Onun sözlərinə görə, iyulun 1-dən Avropa İttifaqında (Aİ) altı aylıq sədrliyi dövründə Çexiyanın prioritetlərindən biri Ukraynanın müharibədən sonrakı bərpası olacaq.

Fiala bildirib ki, görüş iştirakçıları Ukraynadakı vəziyyət, enerji təhlükəsizliyi məsələləri, digər iqtisadi problemlər, həmçinin müdafiə xərclərinin NATO-nun tələb etdiyi ÜDM-in 2%-nə qədər artırılması məsələsini müzakirə ediblər.

Baş nazir onu da bildirib ki, Zemanla razılaşmaya əsasən, o, iyunda Madriddə keçiriləcək NATO sammitində Çexiyanı təmsil edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexiya   Ukrayna  


Bizi "telegram"da izləyin