Ordu.az xəbər verir ki, bunu İsveçin baş naziri Maqdalena Andersson Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla krallığın NATO-ya üzvlüyü ilə bağlı telefon danışığından sonra deyib.
"İsveçin NATO-ya üzvlüklə bağlı müraciəti üzrə Türkiyə Prezidenti R.T.Ərdoğanla bugünkü söhbəti yüksək qiymətləndirirəm. Biz ikitərəfli əlaqələrimizi, o cümlədən sülh, təhlükəsizlik və terrorizmlə mübarizə məsələlərini möhkəmləndirməyə ümid edirik", - deyə baş nazir bildirib.
Ordu.az