Nəşr qeyd edib ki, Mher Qriqoryan bu suallara kifayət qədər “dolğun” cavab verib.
“Biz həmçinin Ermənistan Xarici İşlər Nazirinin elan etdiyi demarkasiya məsələləri üzrə üçtərəfli komissiyanın yaradılması ilə maraqlanmışdıq. İşçi qrupumuza erməni tərəfdən kimin rəhbərlik edəcəyini soruşmuşduq. Ondan Xələfovun Qazaxın 7 kəndi və Kərki kəndinin Azərbaycana geri qaytarılması, anklavlar məsələsinin həll edilməsi barədə açıqlamasına cavab verməsini xahiş etmişdik. Baş nazirin müavininin ofisindən əvvəlcə bu suallara cavab verməmişdilər, yalnız üçtərəfli işçi qrupu barədə olan, Mher Qriqoryanın birbaşa funksiyalarından irəli gələn suallara cavab vermişdilər. Lakin iki gün düşündükdən sonra Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın ofisi cavab verib və yalnız aşağıdakıları qeyd edib:
“Biz düşünmürük ki, Ermənistan Baş nazirinin müavini Azərbaycan xarici işlər nazirinin müavininin bəyanatına cavab verməlidir. Bununla belə, qaldırılan məsələlərlə bağlı Ermənistandakı rəsmi məlumatları izləyin”.
Görünən odur ki, Mher Qriqoryan nəzakətlə, adını çəkmədən sualı Xarici İşlər Nazirliyinə ötürüb, bu sualların cavabını XİN-dən almağımızı məsləhət görüb. Bu onu göstərir ki, Ermənistanın xarici və daxili siyasi gündəmini hökumətdə bir nəfər həll edir və onun xəbəri, tapşırığı olmadan heç bir məmur, o cümlədən xarici işlər naziri ümumi siyasətlə bağlı rəsmi rəy bildirə bilməz”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az