Cənubi Koreya Filippinə yerli istehsal “Kooryong” adlı YARS-lar tədarük edəcək

2022/05/South-1653128109.jpg
Oxunub: 483     17:07     23 May 2022    
Cənubi Koreya Filippin Quru Qüvvələrinə və Dəniz Piyadaları Korpusuna K-136 “Kooryong” adlı Yaylım Atəşli Reaktiv Sistemlər (YARS) tədarük edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Filippin Xəbər Agentliyi məlumat yayıb.

130 mm çaplı reaktiv sistemlərin bu ilin iyun ayında təhvil veriləcəyi bildirilir.

Məlumata görə, sistemlər Cənubi Koreya tərəfindən Filippin silahlı qüvvələrinə hədiyyə ediləcək və yalnız daşınma haqqı Filippin tərəfindən ödəniləcək.

Filippin ordusuna 22 YARS çatdırılacaq.

K-136 “Kooryong” Cənubi Koreya ordusunun tələbinə əsasən, “Daewoo” şirkəti tərəfindən Müdafiə Elmi Tədqiqat İnstitutu ilə birgə Cənubi Koreyada dizayn edilib. Sistem 130 mm kalibrli 36 buraxılış borusundan ibarətdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koreya   Filippin  


Bizi "telegram"da izləyin