Erməni deputat: “Aylardır BQ rəisinə sahib olmayan MN musiqiçi və rəqqas hərbi çağırışçıların dinlənilməsinə dəvət edir”

2022/05/195a2-1653128026.jpg
Oxunub: 395     14:26     23 May 2022    
“Aylardır Baş Qərargah rəisinə sahib olmayan Müdafiə Nazirliyi musiqiçi və rəqqas hərbi çağırışçıların dinlənilməsinə dəvət edir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Hayastan” fraksiyasının üzvü Areqnaz Manukyan “Facebook” səhifəsində yazıb.

“Münsiflər heyətinə həmçinin Baş prokuror Artur Davtyanı nağaraçı kimi, Davit Arğamanyanı barabançı kimi və toy üçün rəqs dərslərinə getmiş Müdafiə naziri Suren Papikyanı daxil etməyi təklif edirəm. Nikol isə pis rəqsi və “dımp-dımp-hu”su ilə ayaqlaşa bilər. Aİ səfiri Andrea Viktorin və ABŞ səfiri Lin Treysi ən yüksək demokratiya liqasında səhnəyə heyran olmaqdan məmnun olacaqlar. Nikolun qarşısında baş əyən bu xanımların şərəfinə münsiflər heyətini “Demokratiya qalası ansamblı” da adlandırmaq olar”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN  


Bizi "telegram"da izləyin