Erməni tabor komandiri Çaylaqqalaya görə irəli sürülmüş ittihamı qəbul etmir

2022/05/Untit-1652870139.jpg
Oxunub: 439     14:35     21 May 2022    
Xocavənd rayonunun Çaylaqqala və Köhnə Tağlar kəndlərinin Azərbaycan Ordusu tərəfindən azad edilməsi işi üzrə ittiham olunan şəxslərdən biri, tabor komandiri, polkovnik-leytenant Arsen Qazaryan ona qarşı irəli sürülən ittihamı qəbul etmir.

Ordu.az xəbər verir ki, Qazaryana qarşı irəli sürülün ittihamda onun döyüş meydanını tərk etdiyi, yuxarı komandanlığın əmrlərini yerinə yetirmədiyi və xidmətə səhlənkar yanaşdığı qeyd olunub.

40 yaşlı erməni polkovnik-leytenant isə yuxarı komandanlığı günahkar hesab edir, lakin heç kimin adını çəkmir.

“Görünür təhvil vermək üçün əsirləri və ya qurbanları olmalı idi ki, təhvil verməni əsaslandırsınlar. Mənim fikrim budur. Bu siyasi oyunlara qarışmaq istəmirəm”, - deyə Qazaryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-tabor-komandiri   İttiham  


Bizi "telegram"da izləyin