ABŞ Misirə “TOW 2A” tank əleyhinə raket sistemləri satacaq

2022/05/1200p-1653127988.jpg
Oxunub: 613     17:59     21 May 2022    
ABŞ Dövlət Departamenti Misirə 5000 ədəd “TOW 2A” tank əleyhinə idarə olunan raketlərin satılmasına razılıq verib.

Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Təxmini dəyəri 691 milyon dollar olan satışa 5000 ədəd “TOW 2A” tank əleyhinə idarə olunan raketlər üçün texniki dəstək də daxildir.

Müqavilə ABŞ-ın “Raytheon” şirkəti tərəfindən icra olunacaq. Bu satışla Misir Ordusu demək olar ki, bütün tank əleyhinə idarə olunan raket inventarını modernləşdirmiş olacaq.

İlk dəfə 1970-ci ildə istehsal edilən BGM-71 TOW raketi bu günə qədər əhəmiyyətli modernləşdirmələrdən keçib və ən təhlükəli tank əleyhinə raketlərdən biri hesab edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Misir  


Bizi "telegram"da izləyin