Ordu.az xəbər verir ki, o, Britaniya və Türkiyə arasında əlaqələrin olduqca müsbət olduğunu bildirib.
Dəmir səfəri zamanı müxtəlif mövzularda müzakirələr aparıldığını vurğulayıb.
“Müxtəlif məsələləri müzakirə etdik. Xüsusilə, istər Milli Döyüş Təyyarəsində, istərsə də onun mühərrikində əvvəllər danışdığımız məsələlərdə irəliləyiş əldə etmək üçün müəyyən addımlar atılmalı idi. Biz bu addımlarla bağlı müsbət yanaşmalar gördük.
Ümumi atmosfer olduqca müsbətdir. Müdafiə Nazirliyinin və Ticarət Nazirliyinin səlahiyyətli şəxsləri ilə görüşlərimiz oldu. Şirkətlərlə ətraflı danışdıq. Burada bizim şirkətlərin nümayəndələri var idi. Texniki məsələlərlə bağlı mühüm detallar müzakirə edilib. Eyni zamanda, iki ölkə arasında müdafiə sənayesi ilə bağlı əlaqələrin daha da inkişaf etdirilməsi üçün prinsipial addımlar atıldı”, - deyə Türkiyə rəsmisi qeyd edib.
O bildirib ki, Türkiyəyə tətbiq edilən bəzi məhdudiyyətlər ləğv edilib.
Sevinc Əliyeva
Ordu.az