İran səfiri Ermənistan-Türkiyə prosesi ilə bağlı təfərrüatları bilməkdə niyə maraqlıdır?

2022/01/55556-1641449427.jpg
Oxunub: 538     17:38     21 May 2022    
Mayın 20-də Ermənistan parlamentinin sədrinin müavini Ruben Rubinyan İran İslam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohurini qəbul edib.

Ordu.az-ın məlumatına görə, iranlı səfiri parlamentdə salamlayan Ruben Rubinyan qeyd edib ki, iki ölkə arasında həm ənənəyə, həm də mövcud reallıqlara əsaslanan yüksək səviyyəli əlaqələr mövcuddur.

Ermənistan parlamentinin sədrinin müavini iranlı səfirin xahişi ilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin təfərrüatlarını təqdim edib, Ermənistanın mövqelərini və prioritetlərini vurğulayıb.

Tərəflər Şimal-Cənub magistralının tikintisinin əhəmiyyətinə də toxunublar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin