“Joğovurd”: Paşinyan müharibənin başlaması ilə bağlı məlumatlı olub?

2022/04/99-28-1650372656.jpg
Oxunub: 738     15:15     21 May 2022    
44 günlük müharibədən və 10 noyabr bəyanatından təxminən bir ay sonra, 2020-ci il dekabrın 16-da Ermənistan Baş naziri Nikol Paşinyan müharibənin başlaması ehtimalına toxunaraq deyir: “Son günə, sondan əvvəlki günə qədər ümumi qiymətləndirmə ondan ibarət olub ki, müharibə başlamayacaq”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

““Kim tərəfindən qiymətləndirmə?”, - deyə müsahibəni aparan aydınlaşdırıcı sual verir. Paşinyan cavab olaraq açıqlayır: “Bizim hərbi-siyasi “su pəriləri”miz, institutlarımız tərəfindən. Ən son günə qədər müharibə ehtimalı yüksək olmayıb”. Lakin 2020-ci il oktyabrın 14-də, müharibənin qızğın günlərində həmin Nikol Paşinyan Ermənistan vətəndaşlarına müraciət edərək əmin edirdi: “Qarabağa qarşı müharibə bizim üçün gözlənilən şəkildə başladı. Biz bilirdik və gözləyirdik. Sual o idi ki, rəqib nə zaman və haradan hücum edəcək”. Yəni məlum olur ki, sentyabrın 25-i, 26-na kimi hakimiyyət və Nikol Paşinyan şəxsən heç bir halda müharibə olmayacağını düşünürdülər, halbuki ondan iki ay əvvəl, müharibə zamanı onlar belə bir ehtimaldan xəbərdar olduqlarını etiraf ediblər. Göründüyü kimi, ölkənin Baş nazirinin ziddiyyətli açıqlamaları onun aldatdığını bir daha sübut edir”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin