Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı, ölkənin Baş nazirinin keçmiş müavini, illər ərzində Ermənistan prezidentinin administrasiyasında da yüksək vəzifə tutmuş şəxs Armen Gevorqyan AŞPA-nın Uşaqlar üzrə alt komitəsinin iclasında Qarabağ sakinlərinin hüquqları məsələsini qaldırıb.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.
Nəşrin məlumatına görə, Gevorqyan öz çıxışında qeyd edib ki, Qarabağın beynəlxalq təşkilatlara çıxışına Azərbaycan tərəfindən əngəl törədilir.
“Təbii olaraq Azərbaycan Qarabağa (qondarma quruma-red.) hər hansı beynəlxalq girişin qarşısını alıb və o zaman bu, həmişə Azərbaycanın əsas siyasəti idi, məqsədlərindən biri də Qarabağın (qondarma qurum-red.) hər hansı bir hüququnun hər hansı bir beynəlxalq şəkildə qorunub saxlanmasını praktiki olaraq əngəlləmək idi”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Azərbaycan
Ermənistan