"Brüsseldə Əliyev-Mişel-Paşinyan üçtərəfli görüşü heç bir sənədin imzalanmasını nəzərdə tutmur" - Qriqoryan

2021/04/sdg-1619163050.jpg
Oxunub: 565     12:13     21 May 2022    
"Ermənistan Baş naziri Nikol Paşinyan, Aİ Şurasının sədri Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə keçiriləcək üçtərəfli görüşündə hər hansı sənədin imzalanması gözlənilmir".

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi iclasın gündəliyinin gizli saxlanılması ilə bağlı tənqidlərə də toxunub.

"Bu, ən azı qəribə tənqiddir, çünki Azərbaycanla apardığımız müzakirələrin hazırkı gündəliyi hamıya məlumdur. Bu biz tərəfdən və Azərbaycan tərəfindən münasibətlərin normallaşması və ya sülh danışıqlarının başlanması üçün təqdim edilən bəndlərdir ki, onlar da dərc olunur və Qarabağ münaqişəsinin həlli, əsirlərin qaytarılması, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, regional kommunikasiyaların açılması, demarkasiya və delimitasiya, o cümlədən sərhəd təhlükəsizliyi üzrə ikitərəfli komissiyanın fəaliyyətə başlaması ilə bağlı məsələləri əhatə edir. Bu, əvvəlki görüşlərdə müzakirə olunan gündəmdir", - deyə Qriqoryan qeyd edib.

"Brüsseldə hər hansı sənədin imzalanması planlaşdırılırmı?" sualına Ermənistan TŞ katibi belə cavab verib: "Xeyr, çünki, məsələn, regional kommunikasiyaların açılması ilə bağlı üçtərəfli işçi qrupu var, baş nazirin müavinləri həmsədrdirlər və ən yüksək səviyyədə əldə olunmuş razılaşmalar üzrə müzakirələr o formatda davam etdirilməlidir. Eyni şeyi işçi formatlarda daha ətraflı müzakirə olunan digər məsələlər haqqında da demək olar. Ona görə də Brüsseldə heç bir sənədin imzalanması nəzərdə tutulmur. Müzakirələrin nəticələri ilə bağlı açıqlamanın olacağı ehtimal olunur".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Brüssel   Təxribat  


Bizi "telegram"da izləyin