Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb

2022/05/RIOYV-1653120030.jpg
Oxunub: 510     12:02     21 May 2022    
Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi itkilərini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Facebook" səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1 278 tankı, 3 116 zirehli döyüş maşını, 596 artilleriya sistemi, 201 reaktiv yaylım atəşi sistemi, 93 havadan müdafiə sistemi, 204 hərbi təyyarəsi, 169 helikopteri, 2 178 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri, 462 dronu, 43 xüsusi avadanlığı, 104 qanadlı raketi məhv edilib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya tərəfinin təxminən 28 850-ə qədər canlı qüvvəsini itirdiyini bəyan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin