Yaponiya hökuməti Çinə etiraz ünvanlayıb

2022/05/06550-1653117743.jpg
Oxunub: 403     11:25     21 May 2022    
Yaponiya hökuməti Şərqi Çin dənizinin mübahisəli hissələrində qazma işlərinin aparılması ilə əlaqədar Çin hökumətinə etiraz ünvanlayıb.

Ordu.az xəbər verir ki, bunu Yaponiyanın baş naziri Fumio Kisida deyib.

O qeyd edib ki, Çin gəmiləri birtərəfli qaydada mübahisəli hissələrdə yerləşən qaz yataqlarında qazma işləri aparır.

Yaponiya tərəfinin məlumatlarına əsasən, rəsmi Pekin iki ölkə arasında təyin edilmiş iqtisadi zonanın sərhədində fəaiyyət göstərir. Hazırda orada 17 qazma qurğusunun işlədiyi deyilir.

Çin isə öz növbəsində həmin iqtisadi zonanın sərhədinin Yaponiya sahillərinə daha yaxın olmalı olduğunu iddia edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Çin  


Bizi "telegram"da izləyin