Yaponiya müdafiə büdcəsini artıracaq

2018/10/56756-1538743125.jpg
Oxunub: 378     10:40     21 May 2022    
Yaponiya müdafiə xərclərinin ÜDM-in 2%-ə qədər artırılmasını nəzərdə tutan Hind-Sakit Okean İqtisadi Proqramına qoşulmaq qərarına gəlib.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bəyan edib.

Proqram ticarət, təchizat zəncirinin davamlılığı, infrastruktur, karbonsizləşdirmə, vergitutma və korrupsiya ilə mübarizə sahələrində əməkdaşlıq etmək məqsədi daşıyır.

Yaponiya ABŞ-la əməkdaşlıq çərçivəsində müdafiə büdcəsini ÜDM-in 2%-i həcmində NATO ölkələri səviyyəsinə çatdırmağa hazırlaşır. İndi Yaponiyanın hərbi xərcləri təxminən 4 trilyon dollar ÜDM ilə 42 milyard dollardır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yaponiya  


Bizi "telegram"da izləyin