Ordu.az xəbər verir ki, bu barədə “Armenian info” “Telegram” kanalı yazıb.
“Eyni zamanda Syamonun “yaxşı dostu” Babayanın həll ediləsi hansı problemləri irəli sürdüyünü açıqlamayıb, bunun ictimai müzakirə mövzusu olmadığını deyib. Babayanın Andonun rəhbərlik etdiyi strukturdan yoxa çıxması kifayət qədər müəmmalı şəraitdə baş verib. Üstəlik, Ando həmin vaxt Ermənistanda yox idi, təhsil üçün İsveçrəyə getmişdi. Sonra qayıtdı, amma Syamo qayıtmadı, indi isə əslində Ando Babayanın hələ də erməni ordusunun formalaşmasında iştirak edəcəyinə əminliyini ifadə etməklə kifayətlənərək aydın cavablar verməkdən yayınır.
Ermənistanda daxili siyasi vəziyyət sabitləşərsə, Syamonun aktiv siyasətə qayıtması nəzəri cəhətdən mümkündürmü? Yoxa çıxmış Ando əslində Nikol hökumətinin təhlükədə olmadığına əmin olduqdan sonra geri qayıdıb. Syamo hələ aktiv deyil, bu, ya ehtiyatlılığın əlamətidir, ya da Syamonun xarakterini və istəklərini nəzərə alsaq, bəlkə də ambisiyaların təmin edilməməsinin nəticəsidir. Zəngəzur dəhlizinin açılması real göründüyü bir vaxtda, məhz belə bir zamanda Syamonu Zəngəzur bölgəsinin rəhbəri təyin etməyin mümkünlüyü haqqında söhbət gedirdi. Planın olmadığı məlum olanda söz-söhbətlər kəsildi. Yəni ərazi güzəştləri məsələsi qalxanda Babayan üzə çıxır”, - deyə kanal qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az