“Hraparak”: Nikol Paşinyanın müttəfiqlərinin sıraları azalır

2021/02/7c395-1612261496.jpg
Oxunub: 292     12:56     23 May 2022    
Parlamentdənkənar qüvvələrlə növbəti görüşün tərkibində az adam olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, görüşdə Mühafizəkarlar Partiyasının lideri Mikayel Hayrapetyan, “Güc Vətən” partiyasının lideri Tiqran Arzakantsyan, “Ədalətli Ermənistan” partiyasının lideri Norayr Norikyan iştirak etməyiblər.

“Hayrapetyan və Arzakantsyan bizə dedilər ki, dəvət alıblar, lakin çox məşğul olduqları üçün iştirak edə bilməyiblər. Hayrapetyan Ermənistan Politexnik Universitetində mühazirə oxuyub. Arzakantsyan qeyd edib ki, sıx iş qrafiki ilə işləyir və iclasa gedə bilməzdi. Norikyan isə çox məşğul olduğunu və bu suala cavab verə bilməyəcəyini bildirib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin