“Joğovurd”: Paşinyanın səfir təyinatları siyasi xarakter daşıyır

2022/05/image-1653034408.jpg
Oxunub: 354     11:29     23 May 2022    
“Ermənistanın diplomatik korpusunun işinə keçərək qeyd etməyi zəruri hesab edirik ki, ştatdankənar səfirlərin və baş konsulların təyin edilməsi ənənəsinə ciddi şəkildə yenidən baxılmalıdır. Ermənistanın diplomatik nümayəndəliklərin rəhbərləri də parlament qarşısında hesabat verməlidirlər. Səfirliklərimizin coğrafi yayılmasını və bu illər ərzində fəaliyyətinin səmərəliliyini qiymətləndirmək, gələcək işlərinin məqsədəuyğunluğunu müəyyən etmək lazımdır”.

Ordu.az “Joğovurd” nəşrinə istinadən xəbər verir ki, bu sözləri Nikol Paşinyan 2018-ci il mayın 8-də ikinci dəfə parlamentə seçilərkən deyib.

“O və komanda üzvləri dəfələrlə bu vəzifəyə xidmətlərinə görə deyil, siyasi motivlərə görə təyin olunduqlarını dəfələrlə bəyan ediblər. Başqa cür desək, ittiham edirdilər ki, Serj Sarkisyan hakimiyyəti kimisə alçaltmaq istəmədikdə onu səfir vəzifəsinə təyin edirdi. İndi həmin bu praktikanı Nikol Paşinyan davam etdirir. Lilit Makunts yalnız ingilis dilini bildiyinə görə ABŞ-da səfir təyin edilib, keçmiş deputat Viktor Yengibaryan sadəcə olaraq 2004-cü ildə Almaniyada təhsil alması sayəsində Ermənistanın Almaniyadakı səfiri olub, keçmiş deputat Sos Avetisyan da İspaniyaya ezam edilib. Vaqarşak Harutyunyan bu il yanvarın 5-də Ermənistanın Rusiyadakı səfiri, Hovhannes İgityan isə fevralın 22-də Ermənistanın Litvadakı səfiri təyin edilib. Əvvəlki təyinatlardan fərqli olaraq, İgityan və Harutyunyanın xarici diplomatiya sahəsində müəyyən təcrübələri var, əvvəlki təyinatlar isə açıq-aşkar siyasi xarakter daşıyır. Məlum olur ki, Nikol Paşinyan növbəti dəfə vətəndaşları “ştatdankənar səfir və baş konsul təyin etmək ənənəsinə ciddi şəkildə yenidən baxılmalıdır” ifadəsi ilə aldadıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Təyinat  


Bizi "telegram"da izləyin