“Joğovurd”: Paşinyan Təhlükəsizlik Şurasının iclasında hansı göstərişləri verib?

2021/05/sdgsd-1621329806.jpg
Oxunub: 503     12:21     21 May 2022    
Ermənistan Təhlükəsizlik Şurasının mayın 18-də Ermənistan hökumətində keçirilən iclasından təfərrüatlar məlum olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Qeyd olunub ki, rəsmi açıqlamaya görə, həmin gün Ermənistan Təhlükəsizlik Şurasının səlahiyyətlərinə aid cari məsələlər müzakirə olunub.

““Joğovurd” nəşri həmin sürpriz iclasdan maraqlı təfərrüatlar öyrənsə də, mövzunun incəliyini nəzərə alaraq cəmi bir neçə epizodu təqdim edir. Məlumata görə, iclasda Nikol Paşinyan Moskva səfərindən və orada keçirdiyi görüşlərdən danışıb. Sonra Ermənistanın daxili siyasi həyatı ilə bağlı müzakirələr aparılıb. Xüsusilə, təhlükəsizlik sisteminin nümayəndələri vəziyyəti Baş nazirə çatdırıblar, Fransa meydanına toplaşanların sayının artmadığı üçün narahat olmağa əsas olmadığını bildiriblər. Onların sakitləşdirici məlumatlarına baxmayaraq, Baş nazir Paşinyan gündəlik, səhər və axşam hesabat verməyi tapşırıb. Belə çıxır ki, Təhlükəsizlik Şurasının iclası zamanı ən çox Rusiya səfəri və daxili siyasi məsələlərə diqqət yetirilib. Sərhəd təhlükəsizliyi məsələləri sanki kölgədə qalıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin