“Joğovurd”: Ermənistanda hüquq-mühafizə sistemi iflic vəziyyətindədir

2020/03/00-33-1583395627.jpg
Oxunub: 426     11:59     21 May 2022    
Ermənistanda hüquq-mühafizə sistemi aprelin 17-dən iflic vəziyyətinə düşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, belə təəssürat yaranır ki, Ermənistanda güc strukturları əsas işlərini unudublar və müxalifətin fəliyyətləri nəticəsində başqa gündəmə düşüblər.

“Məlumata görə, hüquq-mühafizə sisteminin nümayəndələri bir-birləri ilə söhbətlərdə bütün günü təcili məsləhətləşmələr aparmalı olmalarından narazılıq edirlər. Niyə? Çünki müxalifətin aksiyaları nəticəsində ayrı-ayrı struktur bölmələrində çalışan rəsmilər fəallarla məşğul olurlar, yeni cinayət işləri açırlar, onları araşdırırlar və sair. Nəticədə digər işlər arxa plana keçib. Bir sıra hüquqşünaslar şikayət ediblər ki, hüquq-mühafizə orqanlarının bu fəaliyyət üslubu nəticəsində bir çox məhbusların və ya başqa statuslu müttəhimlərin məhkəmələri dayanıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hüquq-mühafizə-sistemi  


Bizi "telegram"da izləyin