Ermənistandakı etirazlarda iştirak etmək üçün Rusiyadan ermənilər gətirilir?

2022/05/45645-1653041152.jpg
Oxunub: 441     10:42     21 May 2022    
Ermənistan mediasının məlumatına görə, İrəvanda müxalifətin yürüşlərində, nümayişlərində və mitinqlərində iştirak etmək üçün Rusiyadan Ermənistana çarter reysi ilə ermənilər gətirilir.

Ordu.az xəbər verir ki, erməni jurnalistlər bu məlumatı Rusiya Erməniləri Birliyinin sədr müavini Lusik Qukasyandan öyrənməyə çalışıblar.

“Belə bir şey olsaydı, məndə məlumat olardı, hazırda belə bir məlumatım yoxdur. Belə vizual axın müşahidə edilmir”, - deyə Qukasyan qeyd edib.

“Rusiya Erməniləri İttifaqının İrəvanda baş verən hadisələrlə bağlı mövqeyi necədir?” sualına Qukasyan belə cavab verib: “Yaxın günlərdə Rusiya Erməniləri Birliyindən açıqlama veriləcək. 2018-ci ildən biz hakimiyyətdə kimin olmasından asılı olmayaraq Ermənistanın dövlətçiliyini, erməni xalqını, Ermənistanın inkişafını dəstəkləyirik. Bizim mövqeyimiz həmişə Ermənistanın, erməni xalqının inkişafının yanında olub”.

Qukasyan onu da bildirib ki, Rusiya Erməniləri Birliyinin sədri Ara Abrahamyan Ermənistanda amerikalılar və çinlilərlə bir çox layihələr həyata keçirir, yaxın günlərdə Ermənistanda olacaq və orada xarici tərəfdaşlarla görüşəcək.

“Bildiyimə görə, o, yaxın günlərdə Ermənistana gələcək, xarici həmkarları da gələcəklər. Ermənistanda Ara Abrahamyan yaranmış vəziyyətlə bağlı öz fikrini bildirəcək və ya ondan əvvəl açıqlama olacaq”, - deyə Rusiya Erməniləri Birliyinin sədr müavini əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mitinq  


Bizi "telegram"da izləyin