“Zham.am”: Paşinyanın davranışında rusları xüsusilə nə qıcıqlandırıb?

2022/05/sd789-1653040962.jpg
Oxunub: 709     12:56     21 May 2022    
Məlum olduğu kimi, bu yaxınlarda KTMT-yə üzv ölkələrin Moskvada keçirilən toplantısında Ukrayna ilə bağlı heç bir qiymət verilməyib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Zham.am” nəşri yazıb.

Nəşr qeyd edib ki, NATO sammitləri zamanı Rusiyaya verilmiş qiymətləndirmələr nəzərə alınsa, bu, təəccüblüdür.

Bir çox Qərb müşahidəçilərinin sözlərinə görə, bu, Moskvanın hətta elan etdiyi müttəfiqləri arasında da zəifliyini göstərir. Üstəlik, rusiyalı müşahidəçilərin fikrincə, Moskva bu ilin əvvəlində Rusiya prezidenti Vladimir Putinin sözün əsl mənasında xilas etdiyi Qazaxıstan prezidentinin davranışından xüsusilə məyusdur. KTMT sammitində Ukrayna ilə bağlı heç nə deyilməsə də, Belarus prezidenti Aleksandr Lukaşenko KTMT-yə üzv ölkələrin liderlərini bu cür davranışlarına görə açıq şəkildə tənqid edib. O, hətta NATO-ya üzv dövlətləri misal çəkərək onların nə qədər birləşdiyini qeyd edib və sonda bildirib ki, KTMT-yə üzv dövlətlər öz davranışlarından geri çəkilməsələr, Qərb “hər kəsin problemini fərdi şəkildə həll edəcək”.

Kreml müşahidəçilərinin fikrincə, Lukaşenkonun dedikləri ilk növbədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə yönəlib. Bu gün Putini ən çox narahat edən Tokayevin davranışıdır. Lakin o, Lukaşenkonun bu sərt tənqidinə gözlənilmədən reaksiya verib...

“Nikol Paşinyan isə öz növbəsində qeyd edib ki, KTMT ənənəvi davranışları ilə Ermənistana ciddi problemlər yaradır. Təbii ki, Paşinyanın sözləri ədalətli və anlaşılan idi. Xüsusən də Lukaşenkoya müraciət edəndə. Amma problem onda idi ki, əslində Putin Lukaşenko vasitəsilə Tokayevə nankorluq etdiyini və ilin əvvəlində Moskvanın vasitəsilə hakimiyyətini qoruyub saxlaya bildiyi halda bu gün Moskvanı dəstəkləməkdən imtina etdiyini bildirirdi. Və birdən Paşinyan bu vəziyyətə qarışır, bu məsələ ilə bağlı bütün söz-söhbətlər kəsilir. Rusiyalı müşahidəçilərin fikrincə, Paşinyan öz davranışı ilə dövlətlər arasındakı incə münasibətləri nə dərəcədə bilmədiyini və ya bu addımının məqsədyönlü olduğunu göstərib. Məlum olub ki, KTMT-yə üzv dövlətlər arasında iki “qütb” var, biri Ukraynaya qarşı sərt addımların tərəfdarı olan Lukaşenkodur, digəri isə bunu inkar edən Paşinyandır. Lakin rusiyalı müşahidəçilərin fikrincə, burada əslində birinci variant işləyib, yəni Paşinyan adi jurnalistdən dövlət xadiminə çevrilə bilməyən cahil fiqurdur, ona görə də müdaxilə edilməsi lazım olmayan işlərə daim müdaxilə edir, özünü və Ermənistanı gülünc vəziyyətə salır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   KTMT  


Bizi "telegram"da izləyin