Ordu.az xəbər verir ki, bunu Ermənistanın Beynəlxalq İnsan İnkişafı Mərkəzinin rəhbəri Tevan Poğosyan deyib.
Onun sözlərinə görə, Ermənistanın hazırkı hakimiyyəti qalsa, ölkə üçün təkcə güzəştlər yox, həm də məğlubiyyətlər olacaq.
“Bu mübarizənin davamı ya çox tez intensivləşib daha tez nəticə əldə etməlidir, ya da problemi həll edənə qədər mübarizə davam etməlidir, çünki əks halda məğlubiyyət olacaq”, - deyə Poğosyan qeyd edib.
Ermənistanın Beynəlxalq İnsan İnkişafı Mərkəzinin rəhbəri əlavə edib ki, məğlub olan hökumət ancaq yeni məğlubiyyətlər gətirə bilər.
Alpər Mövludoğlu
Ordu.az