“ABŞ 1992-ci ildən bəri Ermənistan-Türkiyə barışığını dəstəkləyir” - Sarkisyan

2019/07/Suren-1562328027.jpg
Oxunub: 430     13:00     21 May 2022    
“Məndən tez-tez soruşurlar ki, ABŞ niyə Ermənistan hakimiyyətini dəstəkləyir?”.

Ordu.az xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə erməni ekspert Suren Sarkisyan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Amerikanın regionda bir nömrəli geosiyasi prioriteti Rusiyanı regiondan sıxışdırmaq, hətta tam olmasa da, heç olmasa real təsirə qarşı çıxmaqdır.

“Qarşılıqlı mübarizə siyasəti, təbii ki, bu supergüclərin rəqabət apardığı bütün regionlara aiddir. Yəni bütün dünyaya. Təbii ki, bizim regionda ABŞ İran vasitəsilə Rusiyanı balanslaşdıra bilməz, onun bu məsələdə yalnız bir müttəfiqi var. Müttəfiq Türkiyədir. ABŞ ən pisdir, lakin müttəfiqdir. Pis müttəfiq düşməndən yaxşıdır. Ermənistanda tarixdə ilk dəfə olaraq birtərəfli qlobal güzəştlər hesabına Türkiyənin Ermənistana sızmasına və bütün Cənubi Qafqazda rolunu artırmasına imkan verəcək mühit formalaşdırmağa və Rusiyaya qarşı tarazlıq yaratmağa hazır olan hökumət var. Məhz buna görə də ABŞ 1992-ci ildən bəri Ermənistan-Türkiyə barışığını dəstəkləyir. Başqa sözlə, gündəm həmişəkindən daha çox üst-üstə düşür”, - deyə Sarkisyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Türkiyə  


Bizi "telegram"da izləyin