“1in.am”: O 60 milyard vaxtında Qarabağa getsəydi, nə olardı?

2022/05/99-71-1653033967.jpg
Oxunub: 680     16:09     23 May 2022    
“Hazırda 300-ə yaxın araşdırmamız var, 20 araşdırma tamamlanıb, yəni 20 nəfərin əmlakı bağlanıb, 9 iddiamız var ki, onlar məhkəməyə təqdim olunub, onlardan 8-i artıq qəbul olunub. 330-a yaxın iş üzrə cəmi 9 iddia ilə söhbət təxminən 43 milyard dramdan gedir. Bu məbləğə fiziki şəxslərin hüquqi şəxslərdə iştirakı daxil deyil və hesab edirik ki, hüquqi şəxslərin qiymətləndirilməsi bu rəqəmi xeyli artıraraq təxminən 60 milyarda çatdıracaq. Söhbət cəmi 9 iddiadan gedir”.

Ermənistanın “1in.am” nəşri yazır ki, bu bəyanat qanunsuz mülkiyyət məsələsinə aiddir, bəyanatın müəllifi isə Ermənistan Baş prokurorunun müavini, qanunsuz əmlakın müsadirəsi prosesinin koordinasiyası ilə məşğul olan Srbuhi Qalyandır.

Nəşr qeyd edib ki, Qalyan Ermənistan parlamentinin deputatlarının suallarına cavab verib, qanunsuz əmlakın müsadirəsi barədə qanunda sərtləşdirmələr etmək layiyəsini onlara təqdim edib.

“Qalyanın qeyd etdiyi kimi, cəmi 9 iş şəraitində dövlətə dəyən ziyan təxminən 60 milyard dram təşkil edir. İndi təsəvvür edək ki, o 60 milyard dramla Qarabağda müdafiə sistemində hansı istehkam və mühəndislik işləri görülə bilərdi. Bu gün gücünə və silahlanmasına görə dünyada ikinci olan Rusiya ordusu say və silahlanma baxımından xeyli az olan Ukrayna ordusunun müqavimətini dəf edə bilməyib. Hərbi potensialı ilə dünyanın ən böyük ordularından biri sayılan Rusiya ordusunun bu qalanı aşmaqda böyük problemləri var”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Qarabağ  


Bizi "telegram"da izləyin