Stoltenberq: “Ukrayna qalib gələ bilər”

2021/05/42330-1621097500.jpg
Oxunub: 345     18:07     19 May 2022    
“Ukrayna müharibədə qalib gələ bilər”.

Ordu.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Kopenhagendə Danimarka Baş naziri Mette Fredriksenlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Baş katib Ukraynanın qələbəsinə inansa da, bu qələbənin nə zaman əldə oluna biləcəyi barədə heç nə deməyib.

“Biz müharibənin uzana biləcəyinə hazır olmalıyıq və uzunmüddətli perspektivdə Ukraynanı dəstəkləməliyik. Biz bunu proqnozlaşdıra bilmərik, amma hazır olmalıyıq”, - o vurğulayıb.

Baş katib bildirib ki, NATO yüksək səviyyədə hərbi texnika və maliyyə dəstəyi verərək Ukraynaya yardım edir: “Bütün müttəfiqlər buna öz töhfəsini verir. Ancaq aydın görünür ki, Ukrayna daha çox dəstək istəyir. Bizim mövqeyimiz odur ki, NATO bu müharibəyə birbaşa müdaxilə etməməlidir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Stoltenberq   Ukrayna  


Bizi "telegram"da izləyin