Ukrayna və Britaniya XİN rəhbərləri arasında telefon danışığı olub

2022/05/df12g-1652977080.jpg
Oxunub: 390     19:44     19 May 2022    
Ukrayna xarici işlər nazir Dmitri Kuleba və Britaniya xarici işlər naziri Liz Trass arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, bu barədə nazir Kuleba "Twitter"də bildirib.

"Britaniyanın xarici işlər naziri ilə işğala və Ukraynanın ərzaq ixracının qarşısının alınmasına görə Rusiyanın məsuliyyətə cəlb olunması yolları barədə danışdıq. Rusiya təkcə ukraynalıların öldürülməsinə, işgəncəyə məruz qalmasına və zorlanmasına görə deyil, həm də bütün dünyada, o cümlədən Afrikada aclıqdan əzab çəkən, ölən insanlara görə tam məsuliyyət daşıyır", Ukrayna XİN başçısı bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Britaniya  


Bizi "telegram"da izləyin