Finlandiya Prezidenti: “NATO müttəfiqi kimi Türkiyənin təhlükəsizliyinə sadiq olacağıq”

2022/05/78asd-1652976883.jpg
Oxunub: 450     19:15     19 May 2022    
“Finlandiya bu qərarı qısa müddətdə verdi, ancaq həm xalqın, həm də parlamentin qərarı nəzərə alındı. Bu qərar böyük dəstək aldı. Mən bu prosesdə verdiyiniz dəstəyə görə sizə təşəkkür edirəm”.

Ordu.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Sauli Niinistö Vaşinqtonda ABŞ və İsveç liderləri ilə birgə mətbuat konfransında deyib.

“Biz Finlandiyanın təhlükəsizliyini ciddi nəzərə alırıq. Finlandiya ordusu regionun və Avropanın ən güclülərindəndir. Biz bütün alyansın təhlükəsizliyinə töhfə verməyə hazırıq və qarşılıqlı təhlükəsizlik zəmanətinə sadiq olmaq istəyirik. Biz inanırıq ki, bütün üzvlər üzvlük prosesinin qısa zamanda baş tutmasına dəstək verəcək”, - o qeyd edib.

Finlandiya Prezidenti Türkiyənin narahatlıqlarına da toxunub: “Türkiyə rəsmiləri Finlandiyanın NATO-ya üzvlük müraciətinə dair narahatlıqlarını ifadə edib. Finlandiyanın Türkiyə ilə həmişə geniş və yaxşı qarşılıqlı əlaqələri olub. NATO müttəfiqi kimi biz Türkiyənin təhlükəsizliyinə sadiq olacağıq. Necə ki, Türkiyə bizim təhlükəsizliyimizə sadiq olacaq. Biz terrorizmə ciddi yanaşırıq, onu bütün formalarını pisləyirik və terrorla mübarizədə fəal iştirak edirik. Biz bütün narahatlıqları müzakirə etməyə açığıq və Türkiyənin narahatlıqları ilə bağlı müzakirənin açıq və konstruktiv şəkildə keçirilməsinə hazırıq”.

Sauli Niinistö vurğulayıb ki, Rusiyanın Ukraynadakı müharibəsi həm Avropada, həm də Finlandiyada təhlükəsizlik mühitini dəyişdi: “Biz NATO-ya üzv olmaq istəyi ilə yalnız özümüzü qorumaq deyil, həm də regionun təhlükəsizliyinə töhfə vermək istəyirik.

Bu gün Ukrayna müharibədədir. Onlar yalnız Ukrayna üçün deyil, həm də bizim dəyərlərimiz uğrunda savaşır. Biz bu müharibədə Ukraynanın arxasında qətiyyətlə dayanırıq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   NATO  


Bizi "telegram"da izləyin