Azərbaycan Prezidenti İrana səfərə dəvət olunub

2022/05/ce765-1652975938.jpg
Oxunub: 373     18:47     19 May 2022    
Azərbaycan Prezidenti İlham Əliyev İrana səfərə dəvət olunub.

Azərbaycanın İrandakı Səfirliyindən Ordu.az-a verilən məlumata görə, bu fikir Tehranda İran Prezidenti İbrahim Rəisi ilə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev arasında keçirilən görüşdə səsləndirilib.

Belə ki, İbrahim Rəisi İranın Azərbaycanla əlaqələrinin inkişafına xüsusi önəm verdiyini qeyd edərək səmimi salamlarının və İrana dəvətinin Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   İran  


Bizi "telegram"da izləyin