"İsveç və Finlandiyanın üzvlüyü NATO-ya heç bir töhfə verməyəcək" - Ömər Çelik

2020/11/16049-1605000476.jpg
Oxunub: 392     17:39     19 May 2022    
Ölkə daxili və xaricində terrorla mübarizəmiz davam edir. NATO çərçivəsində bəzi müttəfiqlərimizin terror təşkilatlarına dəstək verməsini prezidentimiz bir neçə dəfə dilə gətirib.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Türkiyə NATO-ya üzv olan və olmaq istəyən ölkələrin təşkilatın prinsiplərinə uyğun addımlar atmasını istəyir.

“Türkiyə heç bir zaman NATO-nun genişlənməsinə qarşı olmayıb. Bu, İsveç və Finlandiya ilə də bağlı eynidir. Məsələ sadəcə bu ölkələrin terror təşkilatlarına dəstək vermələridir. Sabah əgər NATO-da müttəfiqlərimizdən biri İsveç və Finlandiya kimi terror təşkilatlarına dəstək verərsə, təşkilat içində bir konsensus ola bilməz, Türkiyə buna veto tətbiq edər. Terror təşkilatlarına dəstək verən ölkələrin NATO-ya üzv olmaqları təşkilatın təhlükəsizliyinə heç bir töhfə verməyəcək”, - o bildirib.

Çelikin sözlərinə görə, Türkiyə terror təşkilatlarına güclü mübarizə apardığı zaman, bəzi müttəfiqləri "Patriot"larını geri alıb: “PKK/YPG-yə verilən dəstək siyasi baxımından qeyri-əxlaqi addımdır. Suriyada İŞİD-in olduğu ərazilərdən yox, PKK/YPG olan ərazilərdən çıxmamızı istəyirlər”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   NATO  


Bizi "telegram"da izləyin