Şolts Ukraynaya təcili dəstək üçün fond təsis edilməli olduğunu deyib

2022/04/625ef-1650398122.jpg
Oxunub: 348     16:18     19 May 2022    
Avropa İttifaqı (Aİ) Ukraynanın bərpası üçün həmrəylik fondu təsis etməlidir.

Ordu.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib. O, qeyd edib ki, Aİ Ukraynanın yenidən inşasına bərpa prosesinə yardım edəcək fondun təsis edilməsi ilə hazırlaşmalıdır. Şolts, Ukrayna üçün praqmatik, təcili dəstəyə fokuslanmasının zəruri olduğunu vurğulayıb.

“Dağıdılmış infrastrukturun yenidən inşası və Ukrayna iqtisadiyyatının yenidən canlandırılması milyardlara başa gələcək. Biz Aİ olaraq həm ittifaq, həm də onun tərəfdaşları tərəfindən maliyyələşdiriləcək həmrəylik fondunun əsasının qoyulmasına başlamalıyıq”, - deyə Şolts bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna  


Bizi "telegram"da izləyin