Britaniya Ukrayna ordusuna dəstək üçün 5 milyon funt sterlinq yardım edib

2022/03/62388-1647875465.jpg
Oxunub: 339     14:57     19 May 2022    
Böyük Britaniyanın Xarici İşlər, Millətlər Birliyi İşləri və İnkişaf Nazirliyi Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün açılan xüsusi hesaba dünən 5 milyon funt sterlinq köçürüb.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının (UMB) Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunur ki, bu, Rusiya ilə müharibə başlayandan bəri xarici xeyriyyəçilərdən xarici valyutada bir ödənişdə Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün köçürülən ən böyük məbləğdir.

“Böyük Britaniyanın Xarici İşlər, Millətlər Birliyi İşləri və İnkişaf Nazirliyinə Ukraynanın təkcə öz azadlığı və müstəqilliyi üçün yox, həm də bütün dünyada sülhün və demokratik dəyərlərin müdafiəsi üçün apardığı mübarizəyə verdiyi bu mühüm xeyriyyə töhfəsinə görə minnətdarıq. Böyük Britaniya hökuməti ilə tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndiririk və təcavüzkar Rusiyaya qarşı mübarizədə Ukraynaya hərtərəfli dəstək verdiklərinə görə minnətdarıq”, - UMB-nin rəhbəri Kirill Şevçenko bildirib.

O əlavə edib ki, Ukrayna hərbçilərinə dəstək üçün Milli Bankın xüsusi hesabına xarici valyutada daxil olan vəsaitin demək olar beşdə biri funt sterlinqlə olan ianələrdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Ukrayna  


Bizi "telegram"da izləyin